“Liverpul” “Leyptsiq”in istedadlı hücumçusu Yan Diomandeni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi futbolçu üçün 100 milyon avroya yaxın təklif hazırlayıb. Alman klubu ilk müraciəti qəbul etməyib və oyunçunu komandada saxlamağa çalışır.
Diomande dünya çempionatındakı çıxışı ilə də diqqət çəkib. Onun xidmətində PSJ-nin də maraqlı olduğu bildirilir.
Buna baxmayaraq, “Liverpul” transfer uğrunda mübarizəni davam etdirmək niyyətindədir.

