Premyer Liqaya qayıdan “Lids” heyətini gücləndirmək istiqamətində ilk addımını atıb.
İdmanxeber.az-ın məlumatına görə, klub uelsli hücumameyilli futbolçu Harri Uilsonu transfer edib. O, “Fulhem”dən ayrıldıqdan sonra azad agent statusunda idi.
Ötən mövsüm Uilson Premyer Liqada 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalmışdı. Futbolçu ilə bir neçə Premyer Liqa təmsilçisi maraqlansa da, seçim “Lids”dən yana olub.
Klub rəhbərliyi bununla kifayətlənmək niyyətində deyil və daha iki transfer üzərində işləyir.

