“Liverpul”un transfer bazarındakı əsas hədəflərindən biri olan Yan Diomande ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə etdiyi bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, hazırda İngiltərə klubu ilə “Leyptsiq” arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir. Almaniya təmsilçisi futbolçu üçün təxminən 130 milyon avro tələb edir.
Fransa və İngiltərə mətbuatı “Liverpul”un bu yarışda PSJ-ni qabaqladığını yazır. Diomandenin də Premyer Liqaya keçmək istədiyi qeyd olunur.
Transferin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

