Avropa futbolunun iki nəhəngi – “Real” və “Bavariya” arasında maraqlı razılaşmanın olduğu məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, klublar bir-birinin futbolçularını transfer etmək istədikdə əvvəlcədən qarşı tərəfi məlumatlandırmağa söz veriblər. Bu məsələ son günlər Maykl Olise ətrafında yaranan söz-söhbətlərdən sonra gündəmə gəlib.
“Real” rəhbərliyi futbolçu ilə əlaqə saxlamadığını açıqlayıb. Hər iki klub münasibətlərin korlanmamasına xüsusi önəm verir.
Bu razılaşmanın gələcək transferlərə də təsir göstərəcəyi gözlənilir.

