“Atletiko” rəhbərliyi hücumçu Xulian Alvares ətrafında yayılan xəbərlərə görə “Barselona”dan narazıdır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi katalonların futbolçu ilə icazəsiz təmas qurduğunu iddia edir. Klub rəhbərliyi məsələ ilə bağlı FIFA-ya müraciət edə biləcəyini açıqlayıb.
Bu səbəbdən iki klub arasında münasibətlər gərginləşib. Alvaresin gələcəyi ilə bağlı son qərarın dünya çempionatından sonra veriləcəyi gözlənilir.
Transfer bazarında bu məsələ ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

