24 İyun 2026
Ölkə futbolu

“Neftçi” müdafiəçi transfer etdi – RƏSMİ 

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43