“Qarabağ”ın futbolçusu Abdulla Zubirin komandadakı gələcəyi müəyyənləşib.
İdmanxeber.az-a verilən məlumata görə, 34 yaşlı oyunçu müqaviləsinin sonuna qədər Ağdam təmsilçisində qalacaq. Onun hazırda komandadan ayrılması gündəmdə deyil.
Zubir bir müddətdir Qətərin “Əl-Şəhaniyə” klubunun maraq dairəsindədir. Hətta qışda tərəflərin anlaşdığı və transferin yayda reallaşacağı bildirilirdi.
Ancaq təcrübəli futbolçunun komandadan ayrılmaq fikri yoxdur.
Xatırladaq ki, futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

