02 İyul 2026
Dünya futbolu

“Tottenhem”dən tarixi transfer – 100 milyon ödənəcək

“Tottenhem” yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən birini reallaşdırmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, London təmsilçisi “Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün danışıqlarda ciddi irəliləyiş əldə edib. Məlumata görə, tərəflər təxminən 100 milyon funt sterlinqlik transfer üzərində razılığa yaxındır.

Transfer baş tutacağı halda, Tonali klub tarixinin ən bahalı transferlərindən biri olacaq.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43