02 İyul 2026
Dünya futbolu

“Çelsi” yeni transferinin detallarını açıqladı

“Çelsi” İtaliyanın “Atalanta” klubundan gənc müdafiəçi Marko Palestranın transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin bu keçid üçün təxminən 60 milyon avro ödədiyi bildirilir. 21 yaşlı futbolçu ilə 2033-cü ilin yayına qədər müqavilə imzalanıb.

Palestra ötən mövsüm 38 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, yeni mövsümdən etibarən əsas heyət uğrunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43