02 İyul 2026
Ölkə futbolu

“Neftçi” Rumıniya klubuna qarşı

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisi ÇFR-lə(Kluj) üz-üzə gələcək.

Matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də “Osiyek”lə (Xorvatiya) qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43