02 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Azərbaycanlı futbolçunun ölkədən çıxışına qadağa qoyuldu, klubu onu cərimələdi

Albaniyanın “Eqnatiya” klubunda forma geyinən Zamiq Əliyev çətin vəziyyətlə üzləşib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi ötən mövsümün ardından ölkəyə qayıtsa da, hazırda Azərbaycandan çıxa bilmir. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. İyunun 8-də Əliyev komandasının yay toplanışına yollanmaq istəsə də, havalimanından geri qaytarılıb.

Bunun ardından Albaniya klubu müdafiəçinin adını Çempionlar Liqası iştirak ərizəsindən çıxarıb və məşqlərə qatılmadığı üçün oyunçunu 5 min avro cərimələyib.

“Eqnatiya” ən qısa vaxtda futbolçunun düşərgəyə qayıtmasanı tələb edir. Əks  təqdirdə Albaniya klubu Əliyevin  müqaviləsinə xitam verəcəyini oyunçunun menecerinə bildirib.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43