03 İyul 2026
Ölkə futbolu

“Neftçi”də transfer gündəmi – Sloveniyalı ilə danışıqlar dayandı

“Neftçi” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” bu ölkənin “Veres” klubunda çıxış edən müdafiəçi Kay Çipot ilə danışıq aparır. Sloveniyalı müdafiəçinin paytaxt təmsilçisinin gündəmində olduğu iddia edilir.

Ancaq məlumata görə, tərəflər arasında bir müddət öncə danışıqlar olsa da, transfer müxtəlif səbəblərdən baş tutmayıb. Azərbaycan klubu artıq bu transferdən vaz keçib.

Hazırda baş məşqçi Yuri Vernidubun istəyi üzrə transfer çalışmaları davam edir. “Neftçi”nin yaxın günlərdə komandaya yeni futbolçular cəlb edəcək.

Hazırda rəhbərliyin hücumçu axtarışında olduğu bildirilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43