03 İyul 2026
Dünya futbolu

“Milan” hücumçusu üçün qərar verəcək

“Milan” Rafael Leaonu yalnız sərfəli təklif gələcəyi halda komandadan buraxmağa hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı vinger mayın sonunda klubdan ayrılmaq istədiyini açıqlamışdı. Rəhbərlik 26 yaşlı futbolçunu 60-70 milyon avro arasında dəyərləndirir. Onun gələcəyi ilə bağlı yekun qərarı DÇ-2026 başa çatdıqdan sonra verəcək.

Leao ötən mövsüm İtaliya A Seriyasında keçirdiyi 29 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43