04 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın istədiyi futbolçudan yeni xəbər, maraqlı paylaşım

“Qarabağ”ın “Ferentsvaroş”un cinah oyunçusu Cəbrail Makretskis ilə maraqlandığını xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə mətbuatında oyunçu ilə bağlı yeni xəbərlər dərc edilib. 26 yaşlı futbolçunun  Türkiyənin “Samsunspor” klubuna keçməyə yaxın olduğunu bildirilib.

Macarıstan mətbuatı isə latviyalı futbolçunun daha öncə Ağdam təmsilçisinə transfer olunacağını  yazmışdı. Ancaq türkiyəki idman yazarı Levent Ümit Erol Cəbrailin Samsun klubunda forma geyinəcəyini iddia edib.

Futbolçu dünən sosial şəbəkə hesabından İstanbul havalimanının fotosunu paylaşıb. Onun Türkiyəyə “Samsunspor” üçün yollandığı bildirilir.

Sağ cinah müdafiəçisi ötən mövsüm Macarıstan klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib. O, bu matçlarda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Makretskis Latviya U-19 millisində 7 oyun keçirib. Onun “Ferentsvaroş”la müqaviləsi bu yay başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43