05 İyul 2026
Ölkə futbolu

Rusiyalı qapıçı “Turan Tovuz”da – RƏSMİ

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Tovuz klubu Aleksey Kenyaykini heyətinə qatıb.

Rusiyalı qapıçı ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində “Orenburq”, “Torpedo” (Moskva), “Volqa” (Ulyanovsk) klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43