Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duran üçün növbəti təklifini hazırlayıb.
İdmanxeber.az “Celts Are Here” nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu Qlazqo təmsilçisinin futbolçu üçün etdiyi 1,7 milyon funt sterlinqlik təklifi geri çevirib. “Seltik”in kolumbiyalını transfer etmək üçün yaxın vaxtlarda daha yüksək məbləğlə yeni təklif təqdim edəcəyi vurğulanıb.
Yerli mətbuat iddia edir ki, Kamilo Duranın meneceri “Seltik”lə danışıq aparmaq üçün Şotlandiyaya yollanıb. Onlar hazırda transferin son detallarını müzakirə edirlər.
24 yaşlı futbolçu ötən mövsüm “köhlən atlar”da bütün turnirlərdə 48 oyun keçirib və 15 qol vurub.

