06 İyul 2026
Ölkə futbolu

Daha bir azərbaycanlı futbolçuya qadağa qoyuldu – Ölkədən çıxa bilmir 

Azərbaycanlı futbolçu Sertan Taşkın da ölkəni tərk edə bilmir.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun ölkədən çıxışına qadağa qoyulub. Müdafiəçinin hərbi xidmətlə bağlı problemi olduğu üçün belə bir qərar verilib.

Taşkın ötən mövsümü Türkiyənin “Serikspor” klubunda keçirib.

Xatırladaq ki, daha öncə digər azərbaycanlı futbolçu Zamiq Əliyevin də eyni problemlə üzləşdiyini xəbər vermişdik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43