“Mançester Yunayted” “Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Andrey Santosu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 22 yaşlı futbolçunu təxminən 50 milyon funt sterlinq dəyərində qiymətləndirir. “Nyukasl” da bu transfer uğrunda mübarizə aparır.
Santos ötən mövsüm bütün turnirlərdə 44 oyunda 8 qol və 6 assistlə yadda qalıb.

