“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Urfan Abbasovla anlaşıb. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı bildirilir.
“Sarı-göylər” yaxın vaxtda futbolçunun keçidini açıqlayacaq.
Abbasov ötən mövsümü “Araz-Naxçıvan”da keçirib. Naxçıvan klubu onunla başa çatan müqaviləni yeniləməyib.

