06 İyul 2026
Ölkə futbolu

“Neftçi” ona ehtiyac duymadı, öz klubuna qayıtdı

“Neftçi” paraqvaylı yarımmüdafiəçi Luis Ortizlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi ötən mövsüm icarə əsasında komandada çıxış edən futbolçunun transfer hüquqlarını almaqda maraqlı olmayıb. Buna görə də Ortiz icarə müddəti başa çatdıqdan sonra məxsus olduğu “Amellano” klubuna qayıdıb.

Yarımmüdafiəçi ötən mövsüm “Neftçi”nin heyətində bütün turnirlərdə 28 oyunda meydana çıxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43