Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini başa çatdırmağa yaxındır.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun nümayəndələri hazırda Şotlandiyadadır və müqavilənin son detalları müzakirə olunur.
Transferin təxminən 3 milyon funt sterlinq (3,5 milyon avro) qarşılığında reallaşacağı bildirilir.
24 yaşlı forvard ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq diqqət çəkmişdi.

