06 İyul 2026
Dünya futbolu

“Araz-Naxçıvan”dan ayrılan futbolçu Tayland klubunda

“Araz-Naxçıvan”dan ayrılan Felipe Santosun yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, beninli yarımmüdafiəçi Asiyada oynayacaq.

O, Tayland təmsilçisi “Banqkok Yunayted”lə 2 illik müqavilə imzalayıb.

Felipe 2024-cü ilin yayından “Araz-Naxçıvan”ın formasını geyinirdi. O, ötən mövsüm 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43