06 İyul 2026
Dünya futbolu

“Tottenhem”dən tarixi transfer

“Tottenhem” heyətini yeni ulduz transferlə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Nyukasl”dan Sandro Tonalini 117 milyon avroya transfer edib.  Bu məbləğ italiyalı yarımmüdafiəçini klub tarixinin ən bahalı transferinə çevirib.

Tonali daha əvvəl açıqlamasında baş məşqçi Roberto De Dzerbi ilə işləmək istəyinin bu keçiddə mühüm rol oynadığını bildirmişdi.

26 yaşlı futbolçu ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 53 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43