06 İyul 2026
Ölkə futbolu

“Sabah” – TNS oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS oyununa satılan bilet sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya indiyədək  5000-ə yaxın bilet satılıb. Görüş saatına qədər bu rəqəmin artacağı gözlənilir.

Oyun iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43