08 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Qırğızıstan klubu ilə anlaşdı

Qırğızıstanın “Alay” klubu azərbaycanlı futbolçu Camal Cəfərovun transferini rəsmən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına a görə, komanda futbolçu ilə müqavilə bağlayıb.  Cəfərov daha əvvəl Azərbaycanda “Sabah” və “Kəpəz”, Rusiyada isə “Anji” klublarının şərəfini qoruyub.

O, həmçinin Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib.

“Alay” yeni transferi sosial şəbəkə hesabında “Xoş gəldin, Camal Cəfərov!” sözləri ilə təqdim edib.

Müqavilənin müddəti isə açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43