“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeşi transfer etmək üçün danışıqları sürətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 60 milyon funt sterlinqlik rəsmi təklif hazırlayır. Xəbərdə futbolçunun da karyerasını “Arsenal”da davam etdirmək istədiyi bildirilir.
“Nyukasl” isə hələlik oyunçunu buraxmağa tələsmir.
28 yaşlı braziliyalı ötən mövsüm bütün turnirlərdə 41 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transferin reallaşma ehtimalı yüksək qiymətləndirilir.

