“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santosun keçidini yekunlaşdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Transferin dəyərinin təxminən 50 milyon funt sterlinq olacağı bildirilir.
22 yaşlı futbolçu ötən mövsüm 46 oyunda 8 qol və 6 məhsuldar ötürmə edib. Tərəflər arasında razılaşmanın qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.

