11 İyul 2026
Ölkə futbolu

“Şamaxı” qapıçı transfer etdi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Nicat Qaragözlünü heyətinə qatıb. 20 yaşlı qolkiperlə ilə ikiillik müqavilə imzalanıb. 

Xatırladaq ki, “Şamaxı” bunadək Azər Bağırov (baş məşqçi, “Kəpəz”), Sənan Muradlı (“Sumqayıt” – icarə) Emin Rüstəmov (“Karvan-Yevlax”), Uğur Cahangirov (“Karvan-Yevlax”), Ceyhun Bağırzadə (“Qəbələ-2”), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev və Emil Süleymanovu (“Qəbələ”) kluba cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43