14 İyul 2026
Dünya futbolu

Amorim keçmiş tələbəsi “Milan”a istəyir

​”Milan”ın yeni baş məşqçisi Ruben Amorim yeni mövsüm öncəsi heyəti formalaşdırmağa başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, po rtuqaliyalı mütəxəssis “Mançester Yunayted”in müdafiəçisi Nussair Mazrauyini yenidən öz sərəncamında görmək niyyətindədir. Mərakeşli müdafiəçi Amorimin ən bəyəndiyi futbolçulardan biridir.

28 yaşlı Mazrauyi 2024-cü ildə “Bavariya”dan transfer olunduqdan sonra “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 77 oyuna çıxsa da, hazırkı baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında əsas heyətdə mütəmadi şans qazanmaqda çətinlik çəkir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43