Azərbaycan I Liqa təmsilçisi “Cəbrayıl” klubunda rəhbər dəyişikliyi baş verib. Cavid Hüseynovun rəhbərlik etdiyi Qarabağ klubu bir müddətdir satışa çıxarılmışdı. Hətta iddia edilirdi ki, kluba 1 milyon manat qiymət qoyulub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Cəbrayıl” artıq satılıb. Bölgə təmsilçisinin yeni rəhbərliyi yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Klubun yeni rəhbəri Rusiya azərbaycanlısı olan iş adamıdır. O, bir müddətdir qarşı tərəflə danışıq aparırdı.
Nəhayət, tərəflərin razılığa gəldiyi bildirilir. Qarabağ klubunun növbəti mövsümdə yeni rəhbərlikdə mübarizə aparacağı gözlənilir.
“Cəbrayıl”ın hansı hədəflər uğrunda mübarizə aparacağı isə hələlik qeyri-müəyyəndədir.

