14 İyul 2026
Dünya futbolu

“Yuventus” Sörlot üçün hərəkətə keçdi

“Yuventus” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisinin “Atletiko”nun hücumçusu Aleksandr Sörlotu transfer siyahısına daxil etdiyi bildirilir. Klubun artıq İspaniya təmsilçisi ilə ilkin danışıqlara başladığı qeyd olunur.

“Yuventus” norveçli futbolçunu əsas hücumçularından biri kimi heyətə qatmaq niyyətindədir.

Tərəflər arasında danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43