“Borussiya” “Genk”in yarımmüdafiəçisi Konstantinos Karetsası transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu 17 yaşlı futbolçunu Avropanın ən perspektivli istedadlarından biri hesab edir. Dortmund rəhbərliyi transfer üçün artıq qarşı tərəflə əlaqə saxlayıb.
Belçika klubu isə futbolçunu asanlıqla buraxmaq niyyətində deyil və yüksək məbləğ tələb edir. Danışıqların davam etdiyi bildirilir.

