“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə nəhəngi Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə qatdığını açıqlayıb. 29 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin dəyərinin təxminən 35 milyon funt sterlinq olduğu bildirilir.
Tilemans son mövsüm “Aston Villa”nın əsas oyunçularından biri idi.

