“Bavariya”nın yay transfer pəncərəsində əsas hədəflərindən biri olan Jül Kunde Almaniya klubunun təklifini qəbul etməyib.
İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin üzvü karyerasını “Barselona”da davam etdirmək istədiyini rəhbərliyə çatdırıb. Bu səbəbdən Münhen təmsilçisi müdafiə xəttini gücləndirmək üçün alternativ namizədlərə yönəlib.
27 yaşlı futbolçu ötən mövsüm Kataloniya klubunun heyətində bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Barselona” rəhbərliyi də futbolçunu satmaq niyyətində deyil.

