15 İyul 2026
Dünya futbolu

Zidan Fransa millisinə gəlir – şifahi razılıq əldə olunub

Fransa millisində baş məşqçi dəyişikliyi ilə bağlı uzun müddətdir davam edən iddialar yenidən gündəmə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Zinəddin Zidan Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə edib. Əfsanəvi mütəxəssisin 2026-cı il dünya çempionatından sonra postunu tərk edəcək Didye Deşamı əvəzləyəcəyi bildirilir.

O, daha əvvəl mundialdan sonra vəzifəsindən ayrılacağını açıqlamışdı. Məlumata görə, federasiya artıq Zidanı milli komandanın yeni baş məşqçisi kimi görür və rəsmi açıqlamanın dünya çempionatından sonra veriləcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43