15 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin futbolçusunun zədəsi ciddidir – Konfrans Liqasını buraxacaq

“Neftçi”nin futbolçusu Alessio Kurçi yay toplanışını erkən başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, lüksemburqlu futbolçu Rumıniyanın “ÇFR Kluj” klubuna qarşı keçirilən yoxlama oyununda çiynindən zədə alıb. Hazırda futbolçu Bakıda müalicə alır və komandanın hazırlıq prosesində iştirak etmir. 

Kurçinin nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil. Onun adı Konfrans Liqası II təsnifat mərhələsi üçün UEFA-ya təqdim ediləcək iştirak ərizəsinə salınmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43