“İmişli”nin yeni loqosu təqdim olunub.
İdmanxeber.az xəbər verir ki, Premyer Liqa klubunun emblemində qızılı və tünd göy rənglərdən istifadə edilib. Loqoda klubun ləqəbi pələng də qeyd olunub.
Göy rəng Araz çayı və dərinlik, qızılı rəng isə məhsuldarlıq, dəyər deməkdir.

