16 İyul 2026
İdman

“Komandanın üçün əsas məqsədi olimpiadada yaxşı nəticə qazanmaqdır”

“Azərbaycan cüdoçularının Bakıda keçiriləcək dünya çempionatına hazırlığı sistemli şəkildə davam edir”.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açıqlama verib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:

“Bizim komandanın üçün əsas məqsədi olimpiadada yaxşı nəticə qazanmaqdır. Bakıdakı mundial 4 illiyin ortasına təsadüf edir. Yarışın Azərbaycanda keçirilməsi məsuliyyətimizi artırır. Məşqçilər və idmançılar bunu başa düşürlər. Hazırlığımız sistemli şəkildə davam edir. Dünya çempionatı başqa səviyyədir. Ən zəif idmançı da burada özünü göstərməyə çalışır”.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43