16 İyul 2026
Ölkə futbolu

Abdullayev “Kəpəz”də – RƏSMİ

“Kəpəz” cari transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

“Sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıblar. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43