“Qarabağ”ın Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə cavab oyunu canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”un qarşı tərəflə danışıqları uğurlu başa çatıb. Azərbaycan kanalının görüş üçün təklif etdiyi müəyyən bir məbləğ qəbul edilib.
Bu gecə saat 00:00-da start götürəcək “Vestri” – “Qarabağ” matçı “CBC Sport”dan canlı yayımlanacaq.

