“Sabah”ın futbolçusu Aaron Maludanın “Bazel” klubunun maraq dairəsində olduğundan xəbərdarsınız.
İdmanxeber.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, Bazel təmsilçisi transferi yaxın vaxtda bitirmək istəyir. Hətta rəhbərlik İsveçrə Super Liqasının II turu çərçivəsində keçiriləcək “Lozan” görüşündə Maludanın meydana çıxarmaq niyyətindədi.
Mətbuat yazır ki, Maludanın transfer söz-söhbəti belə azarkeşlər də ciddi həyəcan yaradıb.Onlar fransalı futbolçunun komandaya çox faydalı olacağını düşünürlər.
Xatırladaq ki, “Bazel” çempionatda 2-ci oyununu avqustun 1-də keçirəcək.

