27 İyul 2026
Dünya futbolu

“Real” transferi bitirir – 100 milyon təzminat 

Madrid “Real”ı “Leyptsiq”in gənc cinah oyunçusu Yan Diomandenin transferini tamamlamağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər şəxsi müqavilənin əsas şərtlərində razılıq əldə ediblər və hazırda klublar arasında son detallar müzakirə olunur. Bildirilir ki, “Real” bu keçid üçün 100 milyon avrodan çox vəsait ödəməyə hazırdır.

PSJ də futbolçu ilə maraqlansa da, Paris təmsilçisi danışıqlardan geri çəkilib. 19 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 41 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43