Dünya futbolu

A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib

İtaliya A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu hüquqa “Benevento” komandası yiyələnib. Sözügedən klub “Karpi” ilə həlledici pley-off görüşündən 1 – 0 hesabı ilə qalib ayrılıb. Beləcə, bu mövsüm İtaliya B Seriyasında 5-ci yeri tutmuş klub tarixində ilk də A Seriyasına vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə “Spal” və “Verona” klubları A Seriyasının növbəti mövsümündə mübarizə aparmaq şansı qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43