“Roma” İtaliya A Seriyasının növbəti turunda “Udineze”yi 3:0 hesabı ilə məğlub etdi.
İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo görüş barədə fikirlərini bildirib. O, risk etdiklərini açıqlayıb:
“Cümə axşamı matçı ilə müqayisədə bir neçə oyunçu dəyişdirdik. Risk etdik, amma komanda əla reaksiya verdi. Nəticəyə baxanda görüşün asan keçdiyini düşünə bilərik.
Vacib nəticə əldə etdik və indi bir neçə gün A Seriyasını unutmalıyıq. Cümə axşamı “Feyenord”a qol vurmalıyıq. Düşünürəm ki, bacarırıq”.
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda romalılar Rotterdamda 0:1 hesabı ilə uduzublar.

