12 İyul 2026
Ölkə futbolu

Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixində yeni rekorda imza atıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitan “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarının bir mövsümündə penaltidən ən çox qol vuran oyunçu olub.

Premyer Liqanın XXX turunda “Qəbələ” (1:2) ilə görüşdə fərqlənən 31 yaşlı yarımmüdafiəçi cari mövsümündə 7-ci dəfə penaltidən fərqlənərək, rekordu yeniləyib.

Mahmudova qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.

Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43