Azərbaycan millisi dünya çempionatı seçmə mərhələsi çərçivəsində Fransa və Ukrayna oyunlarından xal qazana bilmədi. Ancaq buna baxmayaraq, Ayxan Abbasovun baş məşqçi olduğu yığmamızın çıxışı futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Komandamızın iki oyunda az qol buraxması gələcək oyunlar üçün ümid yaradıb. Bəs millimizin bu iki oyundakı çıxışından sonra nə gözləyək? Ayxan Abbasov bundan sonrakı matçlarda nəyi dəyişməlidir?
İdmanxeber.az-ın redaktoru Həsən Quluzadə saytın yeni açılmış yutub kanalında bu barədə danışıb.

