Dünya futbolu

ABŞ İranla oyundan öncə təxribata əl atdı – FOTO

İran Futbol Federasiyası FIFA-dan ABŞ millisinin cəzalandırilmasını tələb edir.

İdmanxeber.az-ın məlumatına görə, buna ABŞ millisinin rəsmi tvitter hesabının qalmaqallı paylaşımı səbəb olub. Belə ki, paylaşımda İran bayrağı üzərindəki Allahın kəlamları – “Allahu Əkbər” və “La ilahə illəllah” sözləri silinərək paylaşılıb. Bu İran tərəfinin qəzəbinə səbəb olub.

Qeyd edək ki, İran – ABŞ matçı noyabrın 29-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43