Kateqoriyasız

AEL “Qarabağ”dan üzr istəmək əvəzinə görün nə etdi…

Ötən gün AEL – “Qarabağ” matçının son dəqiqələrində baş verən biabırçı olayla bağlı Limassol klubu rəsmi sosial şəbəkələrindən azarkeşlərinə təşəkkür ünvanlayıb.

İdmanxeber.az-ın məlumatına görə, baş verən hadisə ilə bağlı Kipr klubu “Qarabağ” tərəfindən üzrxahlıq etməyib. “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə saytımıza bildirib ki, bu hadisədən sonra heç nə olmamış kimi AEL tam əksi olaraq  öz “facebook” səhifəsində klub prezidentinin adından azarkeşlərə təşəkkür ünvanlayıb.

Qeyd edək ki, dünən baş tutan qalmaqallı matç 1:1 hesabı ilə yekunlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43