Ölkə futbolu

AFFA bazarlıq edir: Biclik siyasətin bir qoludu! – ÖZƏL

“Bakı”nın bir müddətdir ki, maddi sıxıntı içərisində olduğu haqda sizə xəbər vermişdik.

Futbolçuların maaşını 5 aydan çoxdu verə bilməyən klub dağılmaq üzrədi. “Zolaqlılar”ın çempionatda iştirakı demək olar sual altındadı. Klubun icraçı direktoru saytımıza açıqlamasında klubdakı vəziyyəti etiraf edib. Ancaq AFFA-nın onlara belə isti münasibət bəsləməsini sadəcə qurumun Azərbaycan futbolu üçün çalışması ilə əlaqələndiriblər. Lakin bu belə deyil!

İdmanxeber.com-a daxil olan məlumata görə, AFFA “Bakı”nı almaq istəyir. Belə ki, çempionatda iştirak etmək istəyən hər klub bank təminatı verməlidi. Hansı ki, bu təminat klubun çempionatı yarımçıq dayandırmayacağı ilə bağlıdı. Hafiz Məmmədov isə bu təminatı vermir. Daha doğrusu verə bilmir. Vəziyyətin belə olduğunu görən AFFA əl-ayağa düşərək “Bakı”nı və onun bazasını “su qiyməti”nə almağa cəhd göstərir. Və demək olar ki, bu cəhd böyük ehtimalla baş tutub. 

AFFA-nın baş katibi Elxan Məmmədov əslində öncədən verdiyi açıqlamada “Bakı”nın çempionatda iştirak etməyəcəyinə işarə vermişdi. Belə ki, baş katib “Bakı”nın sadəcə püşkatmaya buraxıldığını bildirmişdi, çempionata deyil. 

P.S. Yaşar Seyidov düz deyir, “Bakı” dağılmayacaq. Ancaq klub AFFA-nın maraqlarına xidmət edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43