Ölkə futbolu

“Neftçi”nin braziliyalı futbolçusu zədələndi

“Neftçi”nin yeni transferi Kaue Sesilyo da Silva zədələnib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə ilk görüşünun ikinci hissəsində ayağından zədə alıb.  Futbolçunu zədəsinin ciddiliyi o, məqçilər korpsunun yanına gələrək su içərkən də görmək mümkün olub.

Lakin əldə etdiyimiz məlumata görə, Kauenin zədəsi ciddi deyil və o, Gürcüstandakı cavab matçında “Neftçi”yə kömək edə biləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43